Xəbər lenti

                                                           

“Barselona”nın baş məşqçisi Ernesto Valverde komandadan ayrılacağı gözlənilən futbolçusu Arda Turanla bağlı açıqlama verib.

 İspaniya mətbuatınжт  yaydığı xəbərə görə, o, türk yarımmüdafiçinin bu mövsüm niyə bir dəqiqə də oynatmadığı ilə bağlı sualı belə cavablandırıb: “Ardaya həmişə hörmət edirəm. Onun peşəkarlığına şübhə ilə yanaşmıram. Həkimlərimizə inanıram. Onlar Ardanın ayağından zədəli olduğunu deyirlərsə, deməli, elədir. Mən də hazır futbolçulara əsasən heyəti müəyyənləşdirirəm”.

Qeyd edək ki, A.Turan bu qış “Barselona”dan ayrılmaq istədiyini klub rəhbərliyinə bildirib. Onun “Monako”ya keçəcəyi iddia edilir.//Qol.az




Ana səhifəyə qayıt        Baxış: 657          Tarix: 30-11-2017, 21:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma