Xəbər lenti

Türk futbol tarixinin ən bahalı transferi sayılan Arda Turan çıxış etdiyi “Barselona” klubunun ehtiyat heyətindən qurtula bilmir. Ispanların yeni baş məşqçisinin də əsas siyahısından kənarda qalan Arda Çindən gələn sərfəli təkliflərin hamısını geri çevirib. 
Moderator.az türk mediasına istinadən xəbər verir ki, Arda Turan Türkiyədə şərəfini qoruduğu “Qalatasaray”dakı dostları vasitəsilə klub idarəçilərinə xəbər göndərib. O, “Barselona”da ilinə 7 milyon avro aldığı, Çin klublarının isə bu rəqəmdən 2 dəfə artıq pul ödəməyə hazır olduğuna baxmayaraq, orada oynamağı düşünmədiyini bildirib. Arda Turan qazandığı hər şeydə “Qalatasaray”a borclu olduğunu və burada icarə əsasında futbl oynamaq istədiyini bildirib. 
“Qalatasaray” rəhbərliyi isə hələlik bu qeyri-rəsmi müraciətə cavab verməyib. Klub idarəçiləri hələlik baş məşqçi məsələsi haqqında düşünür. Klub daxilində Fatih Terim və Luçeskunun tərəfdarları arasında fikir ayrılığı bu gün də yaşanmaqdadır. Arda Turanın “Qalatasaray”a keçidində baş məşqçi amilinin də böyük rolu olacaq.

 




Ana səhifəyə qayıt        Baxış: 973          Tarix: 31-07-2017, 16:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma