Xəbər lenti

                                                                   

“Son oyunumuzu keçirəcəyik. Nəticədən razı qala bilmərik. Amma böyük faydası oldu, təcrübə topladıq. Ola bilsin, “Roma”nın şansı bu oyundan asılı olsun. Amma bu, futbolçularımın özlərini göstərmələri üçün böyük imkan olacaq”.

Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Roma” ilə keçirəcəkləri Çempionlar Liqasının qrup mərhələsinin VI tur matçından əvvəl mətbuat konfransında deyib.

Daha sonra 45 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

Hansı baş məşqçi sizdə xoş təsir bağışladı, Konte yoxsa Di Françesko?

– Hər ikisi barədə xoş söz deyə bilərəm. Amma hərəsinin öz oyun üslubu var. Onları bir-birindən ayırmazdım. “Çelsi”nin qapısından 2 oyuna 6 qol keçirmək asan deyil. Ona görə də bizi necə rəqibin gözlədiyini bilirik.

“Qarabağ” sabah meydana nə üçün çıxacaq?

– Bu oyun son böyük oyundur. Hər bir oyun bizə böyük təcrübə, inam verir. Sabah daha yaxşı oyun göstərəcəklər. Təzyiq altda yox, rahat oynamağa çalışacağıq.

Amma böyük oyuna ciddi itkilərlə çıxacaqsınız…

– Belə bir oyunda 3 əsas müdafiəçimizin olmaması böyük problemdir. Amma çempionat ərzində rotasiya etmişik. Pedro Enrike də oynamayacaq. Amma ən yaxşı oyunlarını sərgiləyəcəklərinə inanıram.

Sizcə, bundan çox xal toplamaq olardı?

– Real baxmalıyıq. Qrupa düşəndə bəlkə də, hamı fikirləşirdi ki, biz xal toplamayacağıq. Amma “Atletiko”dan 2 xal götürdük. Qazancımız belə ölkələrin Bakıya gəlməsi idi. Uduşlarımız çoxdur. Həm “Qarabağ”, həm də Azərbaycan futbolu böyük təcrübə qazandı. Razıyam. Amma bəzi problemlər olmasaydı, daha böyük nəticələr göstərə bilərdik.

“Roma” ilə oyunda şanssız məğlubiyyət aldınız. Bakıdakı oyundan sonra komandada nələr dəyişdi?

– Əlbəttə, rəqibin gücünü daha yaxından tanıdıq. İlk 20 dəqiqəni çıxsaq, yaxşı oynadıq. Komandada özünəinam yarandı. Futbolçularda özünəinamın çoxalması və meydanda ortaya qoymaları çox vacibdir. İlk oyunla müqayisədə bu gün futbolçularım özlərini daha inamlı hiss edirlər.

Millidə vəzifənizin icrasına başlamısınız. Yoxlama oyunları üçün rəqiblərinizi və köməkçilərinizi müəyyənləşdirmisiniz?

– Milli barədə çox məlumat vermək istəmirəm. Yanvarda ilk oyunumuz olacaq. Rəqib axtarırıq. Bu yaxınlarda açıqlama veriləcək. Az da olsa, hazırda vaxt ayırıram.

Çempionlar Liqasında qrupda iştirakı, yoxsa Avroliqada yaza qalmağı üstün tutarsınız?

– İlk növbədə, ölkə çempionatında qalib olmalıyıq. Həmişə ən üst hədəfi götürürük. Avroliqada yenə eyni səviyyədə çıxış edə də bilərik, Çempionlar Liqasında yüksək hədəflər uğrunda mübarizə apara da.//Report




Ana səhifəyə qayıt        Baxış: 935          Tarix: 4-12-2017, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma