Xəbər lenti

Azərbaycan yığması ilk gündən sonra 65,250 xalla böyük fərqlə liderlik edir. Komandamız izləyiciləri Özbəkistan (62,100) və Türkiyədən (51,300) xeyli uzaqlaşmağı bacarıb. Bu üzdən gimnastlarımızın qızıl medallara yiyələnəcəyi gözlənilir.

Komanda yarışları ilə yanaşı, şəxsi birincilikdə iki hərəkətdə təsnifat mərhələsinə start veriləcək. Gimnastlar gürzlər və lentlə xalça üzərinə çıxacaq. Azərbaycanı bu yarışda üç idmançı təmsil edəcək. Marina Durunda, Jalə Piriyeva və Zöhrə Ağamirova final mərhələsinə vəsiqə üçün mübarizə aparacaq.

Qeyd edək ki, ayrı-ayrı hərəkətlərdə final mərhələsi sabah keçiriləcək.




Ana səhifəyə qayıt        Baxış: 1 028          Tarix: 13-05-2017, 14:20      

Xəbəri paylaş


Paylaş:   

Prizma