Xəbər lenti

Rəşad Sadıqov “Qarabağ” klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi vəzifəsindən ayrılıb.

Azərtac kluba istinadla xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi və “Qarabağ”ın kapitanı işlərinin çoxluğu ilə əlaqədar bu addımı atıb.

Qeyd edək ki, “Qarabağ”ın U-19 komandası Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan Gənclər Liqasında bir dəfə qızıl və bir dəfə də gümüş medalların sahibi olub. Ağdam təmsilçisi UEFA Gənclər Liqasının qrup mərhələsində ilk qələbə qazanan Azərbaycan klubu olub.

 




Ana səhifəyə qayıt        Baxış: 852          Tarix: 5-05-2018, 17:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma