Xəbər lenti

İrlandiyalı MMA (qarışıq döyüş növləri) döyüşçüsü Konor Makqreqor UFC döyüşlərindən bir ay müddətinə uzaqlaşdırılıb.

Azərtac xəbər verir ki, irlandiyalı döyüşçü tibbi səbəblərə görə döyüşlərdə iştirak edə bilməyəcək.

Xatırladaq ki, oktyabrın 7-də irlandiyalı Konor Makqreqorla keçirilmiş döyüş 30 yaşlı qaydasız döyüşçü, rusiyalı Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. O, dördüncü raundda hakimlərin yekdil qərarı ilə Konor Makqreqor üzərində qalib sayılıb.

UFC versiyası üzrə dünyanın ən populyar və güclü idmançılarından hesab edilən Konor Makqreqor isə 24 döyüşün 21-də qalib gəlib. O, ilk dəfə 2015-ci ildə UFC çempionu adını qazanıb.

Həbib Nurməhəmmədov karyerası ərzində keçirdiyi iyirmi yeddi döyüşdə 27-ci dəfə qalib gəlib. O, 2017-ci ildə amerikalı döyüşçü El Yakvintanı məğlub edərək yüngül çəkidə çempion adı qazanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 568          Tarix: 10-10-2018, 11:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma