Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürüb.
“Report” xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutur.
Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisinə "tuşe" ilə qalib gəlib. Ardınca qrupda Belarus və Türkiyə təmsilçilərinə aman verməyən həmyerlimiz yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə polşalı rəqibinə də gücünü göstərən Murad finala yüksəlib.
Komanda yoldaşından geri qalmayan Əbülfəz Nəsirov da cəmi 30 saniyə ərzində britaniyalı həmkarını "tuşe" ilə üstələyib. Gürcüstan və Rusiyadan olan rəqiblərinə də vaxtından əvvəl qalib gələn sərbəst güləşçimiz finala adlayıb.
Fərid Sadıxlı da festivala inamlı start verib. Həmyerlimiz ilk hissədə İtaliya idmançısını məğlub edərək 1/4 finala yüksəlib. Gürcüstan və Rusiya idmançılarını da yolundan kənarlaşdıran Nəsirov da finala vəsiqə qazanıb.
Nihat Məmmədli də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb. Ancaq bu mərhələdə gürcü həmkarına məğlub olub. Təsəlliverici görüşdə Fransa nümayəndəsinə cəmi 1 dəqiqə ərzində qalib gələn Məmmədli 3-cü yer uğrunda mübarizə aparmaq imkanı əldə edib.
Qeyd edək ki, medallar uğrunda qarşılaşmalar saat 16:00-da başlayacaq.
Sərbəst güləş
45 kq
A qrupu
1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (RUS) 6:0 (tuşe)
2-ci tur - Murad Haqverdiyev - Mikita Berazun (BLR) 12:1
3-cü tur - Murad Haqverdiyev - Bahri Soyler (TUR) 12:2
1/2 final - Murad Haqverdiyev - Fabian Nedzvedzki (POL) 10:0
FİNAL - Murad Haqverdiyev - Nikolozi Santeladze (GEO)
55 kq
1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (GBR) 4:0 (tuşe)
1/4 final - Əbülfəz Nəsirov - Bejani Barsonidze (GEO) 11:0
1/2 final - Əbülfəz Nəsirov - Daniel Qriqoryev (RUS) 10:0
FİNAL - Əbülfəz Nəsirov - Simone Vinçentso Piroddu (İTA)
Yunan-Roma güləşi
45 kq
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İTA) 9:0
1/4 final - Fərid Sadıxlı - Davit Qvasalia (GEO) 8:5
1/2 final - Fərid Sadıxlı - Maksim Qurov (RUS) 9:0
FİNAL - Fərid Sadıxlı - Umut Çoban (TUR)
55 kq
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (POL) 11:0
1/4 final - Nihat Məmmədli - Romeo Beridze (GEO) 0:3 (tuşe)
Təsəlliverici görüş - Nihat Məmmədli - Driss Nifri (FRA) 8:0
Bürünc medal görüşü - Nihat Məmmədli - Ateş Bekir (TUR)
***12:44
Bu gün Heydər Əliyev adına İdman-Konsert Kompleksində Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) çərçivəsində güləş yarışı start götürüb.
“Report” xəbər verir ki, ilk yarış günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kq-da mübarizə baş tutur.
Murad Haqverdiyev A qrupunda keçirdiyi ilk görüşdə Rusiya güləşçisinə "tuşe" ilə qalib gəlib.
Komanda yoldaşından geri qalmayan Əbülfəz Nəsirov da cəmi 30 saniyə ərzində britaniyalı həmkarını "tuşe" ilə üstələyib.
Fərid Sadıxlı da festivala inamlı start verib. Həmyerlimiz ilk hissədə İtaliya idmançısını məğlub edərək 1/4 finala yüksəlib.
Nihat Məmmədli də ilk görüşdən tam üstünlüklə ayrılaraq adını 1/4 finala yazdırıb.
Sərbəst güləş
45 kq
A qrupu
1-ci tur - Murad Haqverdiyev - Eldar Asakayev (RUS) 6:0 (tuşe)
2-ci tur - Murad Haqverdiyev - Mikita Berazun (BLR) 12:1
55 kq
1/8 final - Əbülfəz Nəsirov - Harvey Ridinqs (GBR) 4:0 (tuşe)
1/4 final - Əbülfəz Nəsirov
Yunan-Roma güləşi
45 kq
Təsnifat - Fərid Sadıxlı - Andrea Martino (İTA) 9:0
1/4 final - Fərid Sadıxlı
55 kq
1/8 final - Nihat Məmmədli - Olivye Şkripçak (POL) 11:0
1/4 final - Nihat Məmmədli