Xəbər lenti

 

Almaniyanın paytaxtı Berlində gənclər arasında keçirilən Açıq Avropa Kubokunun ilk yarış günündə Azərbaycan cüdoçuları iki medal qazanıb.

"Report"un məlumatına görə, hər iki medal 60 kq çəki dərəcəsində əldə olunub. Rövşən Əliyev və Əhməd Yusifov bütün rəqiblərinə qalib gələrək finala çıxıblar. Həlledici qarşılaşmada qələbə qazanan Yusifov "Berlin-2019"un qalibi olub. Əliyev isə gümüş medala layiq görülüb.

Qeyd edək ki, Açıq Avropa Kubokunda 39 ölkədən 470 cüdoçu mübarizə aparır. Onların arasında Yaponiya, Braziliya, Monqolustan, Rusiya, İtaliya, Almaniya, Fransa, Hollandiya, Kanada, Belçika, Gürcüstan, İsrail, Macarıstan təmsilçiləri də var.




Ana səhifəyə qayıt        Baxış: 483          Tarix: 28-07-2019, 18:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma