Xəbər lenti

 

İspaniya La Liqasında III tura yekun vurulub.

APA-nın məlumatına görə, turun son günündə 4 matç keçirilib.

İddialılardan “Atletiko” “Eybar”ı qəbul edib. Madrid klubu əzmkar qələbə ilə azarkeşlərini sevindirib.

“Valensiya” isə “Malyorka”nı penaltilərlə məğlubiyyətə uğradıb. “Real” səfərdə “Vilyarreal”la görüşüb. “Kral klubu” Qaret Beylin dublu sayəsində məğlubiyyətdən xilas olub və 1 xal əldə edib.

İspaniya La Liqası
III tur
1 sentyabr
“Valensiya” – “Malyorka” – 2:0
Parexo, 43 (pen.), 57 (pen.)
“Atıetiko” – “Eybar” – 3:2
Feliş, 27, Vitolo, 52, Panti, 90 – Çarlz, 7, Arbilla, 19
“Espanyol” – “Qranada” – 0:3
Puertas, 13, Fernandes, 68, Azez, 74
“Vilyarreal” – “Real” – 2:2
Moreno, 12, Qomes, 74 – Beyl, 45, 86




Ana səhifəyə qayıt        Baxış: 331          Tarix: 2-09-2019, 09:18      

Xəbəri paylaş


Paylaş:   

Prizma