Xəbər lenti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin kampusunun açılışında iştirak edib.

Ovqat.com xəbər verir ki, Prezident İlham Əliyev kampusun açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Bakı Ali Neft Məktəbinin kampusunun inşasına 2012-ci ilin aprel ayında başlanılıb. Kampusun ümumi ərazisi 7 hektardır. Bunun 47 min kvadratmetri ümumi tikinti sahəsi, 42 min kvadratmetri isə əsas korpusun sahəsidir. Kampusda əsas korpus, 400 çarpayılıq yataqxana, fitnes mərkəzi, 1000 yerlik süni örtüklü stadion, iki qazanxana, 10 kilovoltluq elektrik yarımstansiyası, iki su hovuzu, nasosxana, dörd keçid məntəqəsi, iki tennis kortu, voleybol, basketbol və yüngül atletika meydançaları var.

Əsas korpus isə 600 nəfərlik akt zalı, üzgüçülük hovuzu, iki idman zalı, soyunub-geyinmə otaqları, 110 yerlik auditoriya zalı, 300 yerlik yeməkxana, tədris auditoriyaları, inzibati və xidməti otaqlar, müasir tədris laboratoriyaları, kitabxana və üzmə hovuzu olan uşaq bağçasından ibarətdir.

Prezident İlham Əliyev Bakı Ali Neft Məktəbinin kampusunda təlim-tədris üçün yaradılan şəraitlə tanış oldu.

 




Ana səhifəyə qayıt        Baxış: 857          Tarix: 1-05-2017, 11:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma