Xəbər lenti

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) bu il Azərbaycanda 0,5% iqtisadi azalma, gələn il isə 2% iqtisadi artım proqnozlaşdırır. 

"Report" xəbər verir ki, bu barədə Bankın açıqlamasında bildirilir. 

Xatırladaq ki, EBRD mayda açıqladığı proqnozda 2017-ci ildə Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) sadəcə artım olmayacağını bəyan etmişdi. Qurum 2015-ci ildə ölkədə ÜDM-in 1,5% artımını, 2016-cı ildə 3,1% azalmasını qeydə alıb. 

EBRD hesab edir ki, bu il Şərqi Avropa və Qafqaz regionlarında iqtisadi artım 0-1,5% arasında dəyişəcək: “Bu ilin I yarısında Azərbaycan və Makedoniyadan başqa bütün üzv ölkələrdə iqtisadi artım olub. Hazırda əmtəə qiymətlərinin aşağı olması və əvvəlki iqtisadi böhranın təsirlərinin qalması Rusiya üçün başağrısıdır. Gözlənildiyi kimi Azərbaycan iqtisadiyyatında da böhran davam edir. Şərqi Avropa və Qafqaz regionunda iqtisadi artım 2018-ci ildən tədricən bərpa olunacaq”.




Ana səhifəyə qayıt        Baxış: 928          Tarix: 11-11-2017, 11:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma