Xəbər lenti

Azərbaycan iqtisadiyyatının resessiyada qalmağa davam edəcəyi gözlənilir. "Report" Dünya Bankının "Avropa və Orta Asiya: Qlobal iqtisadi perspektivlər" adlı hesabatına istinadən xəbər verir ki, buna səbəb kimi bank sisteminin zəifləməsi ilə yanaşı monetar və fiskal siyasətin sərtləşdirilməsinin iqtisadi artıma təzyiqini qeyd etmək olar. 

Nəticədə, Dünya Bankının proqnozlarına görə, Azərbaycanda bu il ÜDM-in 1,4% azalması, 2018-ci ildə isə 0,6% artması gözlənilir.

Neft ixrac edən bölgə ölkələrindən Rusiya iqtisadiyyatında fəallıq göstəricilərinin güclənməsi 2017-ci ilin ilk yarısında iqtisadi artımın davam edəcəyini göstərir. Monetar siyasətin bir qədər yumşaldılmasının yaxın zamanda Rusiyada iqtisadi artımı dəstəkləyəcəyi bildirilir. Hesabata görə, Qazaxıstanda iqtisadiyyatın bərpası sürətlə gedir. Buna səbəb fiskal stimullaşdırmanın artırılması amili göstərilir. Azərbaycan iqtisadiyyatında isə bəzi göstəricilər üzrə yaxşılaşma müşahidə olunduğu bildirilir.

 




Ana səhifəyə qayıt        Baxış: 591          Tarix: 5-06-2017, 12:14      


Paylaş: