Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 28 033,9 mln. manat təşkil edib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% çoxdur.
Sözügedən məbləğin 45,9%-i və yaxud 12 861,4 mln. manatı ərzaq məhsullarına, 4,7%-i və yaxud 1 323,4 mln. manatı içkilərə və tütün məmulatlarına, 18,2%-i və yaxud 5 103,6 mln. manatı toxuculuq məhsullarına, geyim və avadanlıqlara, 6,3%-i və yaxud 1 763,6 mln. manatı elektrik mallarına və mebellərə, 0,7%-i və yaxud 208,4 mln. manatı kompüterlərə, kommunikasiya avadanlıqlarına və çap məhsullarına, 1,4%-i və yaxud 385,8 mln. manatı əczaçılığa və tibbi mallara, 5,3%-i və yaxud 1 486,5 mln. manatı avtomobil yanacağına, 17,5%-i və yaxud 4 901,2 mln. manatı isə digər qeyri-ərzaq məhsullarına yönəldilib.
Paylaş: