Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə üç yeni quyu istismar fonduna qəbul edilib.
“Report” “Azneft”ə istinadən xəbər verir ki, “Qərbi Abşeron” yatağındakı 20 saylı stasionar dəniz özülündən 33, 34 və 36 nömrəli quyular qazmadan sonra istismara verilib.
33 nömrəli quyu Məhsuldar qat çöküntülərinin Qirməkialtı Lay Dəstəsindən elektrik dalma nasos üsulu ilə məhsul verib, 718-633 metr intervaldan gündəlik 12 ton neft ilə istismara daxil edilib.
34 nömrəli quyu da Məhsuldar qat çöküntülərinin Qirməkialtı Lay Dəstəsindən elektrik dalma nasos üsulu ilə məhsul verib, 712-639 metr intervaldan gündəlik 15 ton neft ilə istismara daxil edilib.
Həmçinin, eyni özüldən 36 nömrəli quyu da Məhsuldar qat çöküntülərinin Qirməki Lay Dəstəsindən elektrik dalma nasos üsulu ilə məhsul verib, 747-664 metr intervaldan gündəlik 15 ton neft ilə istismara daxil edilib.
Hər üç quyuda istismar işləri “Azneft” İstehsalat Birliyi “Abşeronneft” NQÇİ tərəfindən həyata keçirilir.
Paylaş: