Xəbər lenti

 Bu il yanvarın 1-nə olan vəziyyətə görə, Azərbaycanda bank filiallarının sayı 509 olub.
“Report" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu, ötən il dekabrın 1-i ilə müqayisədə 38 vahid azdır.
Ötən ilin əvvəlinə nisbətən isə bank filiallarının sayı 60 vahid azalıb.
Dekabrda bank şöbələrinin sayı isə 142 olaraq qalıb. Bununla belə, illik müqayisədə bu rəqəm 11 vahid azdır.
"Ötən ay bank filiallarının sayının kəskin azalması əsasən "Dəmirbank" ASC-nin lisenziyasının geri çağırılması ilə bağlı olub", - deyə Palatadan bildirilib.




Ana səhifəyə qayıt        Baxış: 706          Tarix: 2-02-2018, 22:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma