2017-ci ilin noyabrın 1-dək Azərbaycanda bank ehtiyatları 2,11 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.
Hesabata əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 faiz azdır. Ötən il bu rəqəm 2,48 milyard manat təşkil edib.
2017-ci il oktyabrın sonunda ölkədə genişləndirilmiş pul bazası 9,83 milyard manata bərabər olub. Bu rəqəm ötən ilin oktyabrı ilə müqayisədə 11,8 faiz çoxdur. Ötən ilin oktyabrında bu, 8,79 milyard manat təşkil edib.
Hesabatda qeyd olunur ki, bu il noyabrın 1-dək manatda pul bazası 8,53 milyard manat olub. 2016-cı ilin oktyabrında bu 7,45 milyard manata bərabər olub.
Hesabat dövründə dövriyyədə nağd pulun həcmi 7,67 milyard təşkil edib, 2016-cı ilin noyabrın 1-dək isə bu rəqəm 6,29 milyard manat olmuşdu.
2017-ci ilin oktyabrında dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti 78,1 faiz təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artıb.
Paylaş: