Xəbər lenti

2018-ci ilin ilk rübündə 5000-ə yaxın dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul edilib və sahələr üzrə təhlillər aparılıb.

“APA-Economics” xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə məlumat verilib.

Müşavirədə bildirilib ki, dövlət mülkiyyətində olan, özəlləşdirilməsi nəzərdə tutulmuş qeyri-profil müəssisə və obyektlərin inventarlaşdırılmasının və qiymətləndirilməsinin həyata keçirilməsi istiqamətində işlər davam etdirilib.

Cari ilin ilk üç ayında dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı ümumilikdə 52 hərrac keçirilib. Bu dövrdə 377 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilib. Hesabat dövründə “Sumqayıt Superfosfat” və “Muğansutikinti” ASC-lərin səhmlərinin satışı üzrə investisiya müsabiqələri elan olunub, hər iki müəssisə üzrə müsabiqələr baş tutub. Ümumilikdə müəssisələrə 65 mln. manat məbləğində investisiya qoyuluşu  planlaşdırılır.

İnvestisiya müsabiqələri vasitəsilə bu günədək özəlləşdirilmiş müəssisələr üzrə dövlət büdcəsinə 67 mln. manat vəsaitin daxil olması təmin edilib, 1,1 milyard ABŞ dolları həcmində investisiya qoyuluşları həyata keçirilib, 17 min 257 yeni iş yeri yaradılıb. İnvestisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan sənaye, səhiyyə, xidmət, turizm kimi sahələri əhatə edən 10 müəssisə haqqında bütün məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilib.

 




Ana səhifəyə qayıt        Baxış: 831          Tarix: 7-05-2018, 16:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma