Xəbər lenti

“Türkiyədə həyata keçirilən ən önəmli enerji layihələrdən biri olan TANAP, eyni zamanda bölgədə enerji siyasətinə təkan verə biləcək strateji bir layihədir”.

“Report”un məlumatına görə, bunu Türkiyənin “Yeni Şafak” qəzetinin köşə yazarı olan Erdal Tanas Karagöl öz məqaləsində yazıb.

Onun fikrincə, TANAP-ın həyata keçilməsi yeni böyük enerji layihələrinə təkan verib və enerji sahəsində sərmayədarların gözündə Türkiyənin rolunu yeni səviyyəyə qaldıracaq.

“TANAP Azərbaycandan Avropaya uzanan təbii qaz ixrac boru kəməri kimi görünsə də, əslində, bu layihə bölgədə şərqlə qərb arasında əsas təbii qaz koridorunu açmış oldu”, – ekspert bildirib. O əlavə edib ki, TANAP və Cənub Qaz Dəhlizinin növbəti qolu – TAP qaz kəməri Türkiyə və Avropanın Rusiya qazından asılılığını azaltmağa imkan yaradacaq.

Ekspert onu da vurğulayıb ki, TANAP Türkmənistan, İraq, İran və Şərqi Aralıq dənizi regionu ölkələrindən olan qazı da Avropaya ixrac etməyə imkan yaradacaq.




Ana səhifəyə qayıt        Baxış: 637          Tarix: 12-06-2018, 15:10      

Xəbəri paylaş


Paylaş:   

Prizma