Xəbər lenti

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru Şahmar Mövsümov 22-26 oktyabr tarixlərində İsveçrənin paytaxtı Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransının (UNCTAD) təşkilatçılığı ilə keçirilən Dünya İnvestisiya Forumunun 10-cu illik sessiyasında iştirak edir.

Bu barədə ARDNF-dən Strateq.az-a verilən məölumata görə, “Dayanıqlı İnkişafa İnvestisiyalar” mövzusunda keçirilən sessiyada yeni qloballaşma və sənayeləşmə erasında beynəlxalq investisiyalar üçün mövcud qlobal çətinliklər, investisiya tərəfdaşlarının çətinliklərin həllinə dair təşəbbüsləri və hər kəs üçün inkişafa dair qlobal tərəfdaşlığın qurulması məsələləri müzakirə edilir.

Dünyanın 160 ölkəsindən dövlət və özəl sektorunun  6000-dən çox nümayəndəsinin təmsil olunduğu tədbirdə  Ş.Mövsumov  Suveren və Pensiya Fondlarının Dialoqu sessiyasında çıxış edib.

 




Ana səhifəyə qayıt        Baxış: 364          Tarix: 25-10-2018, 15:59      

Xəbəri paylaş


Paylaş:   

Prizma