Xəbər lenti

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,03 dollar və yaxud 0,06% artıb.

"Report" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 46,30 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. 

 




Ana səhifəyə qayıt        Baxış: 837          Tarix: 23-06-2017, 12:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma