Xəbər lenti

Avropa İttifaqı və Böyük Yeddilik(G7) qiymət tavanına məhəl qoymadan Rusiya nefti ilə ticarət edən neft operatorlarına qarşı hüquqi tədbirlər görmək niyyətindədir.

Bu barədə məlumatı Aİ-nin sanksiyalar üzrə xüsusi nümayəndəsi David O'Sullivan Atlantik Şurasındakı çıxışında açıqlayıb: “Məncə, qiymət tavanı çox təsirli oldu. Lakin son vaxtlar qiymətlər yüksəlib ki, bu da təbii ki, Rusiyaya kömək edib. Biz müxtəlif kölgəli praktikaları, faktiki olaraq ömrünü başa vurmuş gəmilərdən istifadəni, heç kimin anlamadığı Rusiya, Çin sığortasından istifadəni görürük. Böyük Yeddilik yeni tədbirlər üzərində fəal işləyir və biz bu tədbirləri yaxın həftələrdə görəcəyik. Biz artıq bu cür təcrübələrə əl atan operatorlara xəbərdarlıq etmişik, lakin düşünürəm ki, biz yəqin ki, növbəti həftələrdən etibarən onlara qarşı konkret hüquqi tədbirlər görəcəyikg".

O'Sullivan həmçinin bildirib ki, Aİ və ABŞ dünyanın hər bir ölkəsi ilə ayrı-ayrılıqda işləyir və onları Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə inandırır: “Aİ-nin Rusiyaya qarşı sanksiyalarını həyata keçirən bütün ölkələr eyni mövqelidir, sanksiyalara əməl etməyən ölkələr isə hər biri müxtəlif səbəblərə görə hərəkət edirlər. Biz intensiv olaraq üçüncü ölkələri Rusiyaya qarşı məhdudiyyətlərə riayət etməyə inandırırıq. Avropa İttifaqı xüsusilə Türkiyə və Serbiyanın mövqeyindən çox məyusdur. Çünki onların hər ikisi Avropa İttifaqı üzvlüyünə namizəd ölkələrdir”.

Musavat.com




Ana səhifəyə qayıt        Baxış: 3 403          Tarix: 23-10-2023, 22:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma