Xəbər lenti

ABŞ administrasiyası yaxın günlərdə İrana qarşı sanksiyalar rejimini sərtləşdirmək niyyətindədir.

Musavat.com xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

O, Vaşinqtonda keçirdiyi mətbuat konfransında qeyd edib ki, yaxın günlərdə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəklər: “Biz istifadə etmək niyyətində olduğumuz sanksiyalar barədə əvvəlcədən danışmırıq”.

Nazirin sözlərinə görə, İranın İsrailə hücumu “İranın zərərli fəaliyyətlərinə qarşı çıxmaq üçün Maliyyə Nazirliyinin iqtisadi alətlərindən istifadə etməsinin vacibliyini göstərir”: "Biz İranın neft ixrac etmək imkanlarını məhdudlaşdırmağa çalışırıq. Aydındır ki, İran neft ixrac etməyə davam edir. Mən sanksiyalar tətbiq etmək üçün addımlarımızı əvvəlcədən mühakimə etmək istəmirəm, lakin şübhəsiz ki, bu, mümkün sahə kimi diqqət mərkəzində qalır”.

Yellen qeyd edib ki, Vaşinqton administrasiyası “İranı sabitliyi pozan davranışını məhdudlaşdırmağa təşviq etmək üçün müxtəlif diplomatik vasitələrdən istifadə edir”.




Ana səhifəyə qayıt        Baxış: 3 360          Tarix: 16-04-2024, 23:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma