Xəbər lenti

Bərpa olunan enerji mənbələrinin potensialının araşdırılması və açılması Azərbaycanın enerji keçidinə sadiq olduğunu göstərir.

"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.

“Bu, ilk növbədə, iqtisadiyyatın neft və qazdan bərpa olunan enerji mənbələrinə doğru şaxələndirilməsinə istiqamətləndirmək deməkdir, - o bildirib.

S.Şərifov vurğulayıb ki, bu il Azərbaycan çox mühüm qlobal iqlim konfransı COP29-a ev sahibliyi edəcək.

Nazir qeyd edib ki, Azərbaycan 2030-cu ilə qədər yəqin ki, bərpa olunan mənbələrdən 5 QVt-a qədər enerji istehsal edə biləcək: "Bu həm dövlət investisiyaları, həm də özəl kapital hesabına həyata keçiriləcək".




Ana səhifəyə qayıt        Baxış: 3 612          Tarix: 2-05-2024, 10:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma