Xəbər lenti

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) Şurası Ermənistana 100 milyon dollar ayırmaq barədə qərar qəbul edib.

Musavat.com-un Fondun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, vəsait 2024-cü ilin büdcəsini dəstəkləmək üçün istifadə olunacaq və Ermənistan hökumətinin islahat proqramının həyata keçirilməsi əsasında verilir. Proqrama iqtisadi artım potensialının artırılması, əmək bazarının səmərəliliyinin yüksəldilməsi və davamlı inkişaf üzrə tədbirlərin həyata keçirilməsi daxil edilib.

Avrasiya Sabitləşdirmə və İnkişaf Fondu (EFSD) 2009-cu ildə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya tərəfindən yaradılıb. Fondun aktivlərinin həcmi 9 milyard dollardan çoxdur. EFSD-nin məqsədləri Fondun üzv dövlətlərində iqtisadi və maliyyə sabitliyini təşviq etmək, habelə onların davamlı inkişafına dəstək verməkdir.

Yeri gəlmişkən, Fondun maliyyələşməsinin çox mühüm hissəsi Rusiya tərəfindən həyata keçirilir: Moskvanın razılığı olmadan oradan heç bir layihənin maliyyələşməsi mümkün deyil. Münasibətlərin indiki mərhələsində İrəvana ayrılan 100 milyonu Rusiyanın Ermənistana rüşvəti kimi də qiymətləndirmək mümkündür. Məsələ burasındadır ki, Nikol Paşinyanın Fondun təsisçisi olan Avrasiya İqtisadi İttifaqının mayın 8-9-da keçirilən iclasına qatılmasından öncə İrəvanın Aİİ-dən çıxmağa hazırlaşdığına dair xəbərlər yayılmışdı...




Ana səhifəyə qayıt        Baxış: 4 740          Tarix: 8-05-2024, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma