Xəbər lenti

“Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadəni təklif edərdik. Belə ki, əmək pensiya məbləği hesablanan zaman pensiya kapitalının məbləği orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablanır. Nəticədə aydındır ki, kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur. Bu baxımdan daha məqsədəuyğun olardı pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun”.

Musavat.com bildirir ki, bunu deputat Vüqar Bayramov parlamentdəki büdcə müzakirələrində söyləyib.

Deputat əlavə edib ki, nəticədə çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar: 

“Digər məqam əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanması ilə bağlıdır. Cənab Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşlarımıza yığımı az olsa da əmək pensiyası hüququ yaradıb. Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması yaxşı olardı. Bu baxımdan differensial yanaşmaya ehtiyac var”.

E.Paşasoy,

Musavat.com 




Ana səhifəyə qayıt        Baxış: 2 760          Tarix: 26-11-2024, 18:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma