Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
"Valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək".
Ovqat.com bildirir ki, bunu "APA-Economics"-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, bu məsələ Milli Məclisdə Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi ilə müzakirə olunub. "Azərbaycanda valyutadəyişmə məntəqələri vaxtilə fəaliyyət göstərərkən tənzimləyici funksiyasını Mərkəzi Bank həyata keçirirdi. O zaman da valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyirdi. Müvafiq qanuna dəyişiklikləri nəzərdə tutan layihə qəbul olunarsa, nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına keçəcək. Hazırda bununla bağlı müzakirələr gedir. Açıq deyim ki, qanun layihəsində mübahisəli məqamlar çoxdur. Palata təklif edirdi ki, valyutadəyişmə məntəqəsini açmaq istəyən şəxslər 500 manat rüsumdan əlavə 50 min dollar və 50 min manat məbləğində kapital qoyuluşu həyata keçirməlidir. Lakin biz bununla razılaşmadıq və bu məsələ gündəlikdən çıxarıldı. Yeni variantda isə məbləğ ümumiyyətlə göstərilməyib. Belə çıxır ki, məbləği Maliyyə Bazarlarına Nəzarət Palatası müəyyənləşdirəcək", - deyə o bildirib.
Millət vəkili bildirib ki, hazırda valyuta bazarında stabilləşmə olduğu və ölkəyə turist axını artdığı üçün aidiyyəti qurumlar "exchange"lərin fəaliyyətinin bərpasını məqbul sayıb. V.Əhmədovun subyektiv fikri isə bundan ibarətdir ki, indiki vəziyyətdə bu addımın atılmasına ehtiyac yoxdur: "Biz qanun layihəsi ətrafında müzakirələri davam etdiririk. Deyə bilərik ki, valyutadəyişmə məntəqələri fəaliyyətini bərpa edəcək. Düzdür, hazırda valyuta bazarında stabilləşmə var, ölkəmizə gələnə turistlərin sayı artıb və "exchange"lərin bərpası barədə düşünmək olar. Lakin mənim subyektiv fikrim bundan ibarətdir ki, indi bu qanunun qəbul olunmasına o qədər də ehtiyac yoxdur. Banklar bu işin öhdəsindən heç də pis gəlmir. Məsələyə başqa aspektdən yanaşsaq, bankların apardığı əməliyyatları idarə etmək daha asandır. Tənzimləyicinin nəzarəti isə öz bəhrəsini verir. Banklar xidmət şəbəkəsini genişləndirməklə valyuta mübadiləsini həyata keçirə bilər. Banklar bu işi görə bilirsə, biz niyə "exchange"ləri bərpa etməliyik?"

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar