Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Aprelin 24-də SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Maltaya səfər edib. SOCAR-ın prezidenti və nümayəndə heyətinin üzvləri Marsaşlokk şəhərində "SOCAR Traiding"in həmtəsisçi olduğu "ElectroGas Malta" şirkəti tərəfindən inşa olunmuş qaz terminalı və elektrik stansiyasının açılış mərasimində iştirak ediblər.
Şirkətin mətbuat xidmətindən Ovqat.com-a bildirilib ki, Maltanın Baş naziri Cozef Muskat və bu ölkənin rəsmi şəxslərinin iştirak etdiyi mərasimdə SOCAR-ın Maltada yeni elektrik stansiyasına mayeləşdirilmiş təbii qazla (LNG) tədarük etməklə, eləcə də onu "Enemalta" dövlət enerji şirkətinə satmaqla bu ölkədə elektrik enerjisi mənbəyi kimi mazutdan tam imtina edilməsi üçün şərait yaratdığı qeyd edilib.
Mərasimin birinci hissəsində Marsaşlokk şəhər sakinlərinin müşayiəti ilə mazutla çalışan "Delimara-1" elektrik stansiyası istismardan çıxarılıb. Maltanın Baş naziri layihənin səhmdarları olan "SOCAR Trading", "SiemensPV" və "GEMHolding" şirkətlərinin dəstəyi ilə "ElectroGas Malta"nın gördüyü işlərdən danışıb. Bildirib ki, həyata keçirilən tədbirlər elektrik enerjisi qiymətlərini 25 faiz, atmosferə atılan zərərli tullantıların miqdarını isə 90 faiz azaltmağa imkan verir.
SOCAR-ın prezidenti Maltada yeni qaz dövrünün başlanması münasibətilə təbriklərini çatdırmış, belə böyük layihənin həyata keçirilməsi üçün yaradılmış əlverişli şəraitə görə ölkə rəhbərliyinə təşəkkür edib. R.Abdullayev, həmçinin SOCAR-ın Maltada uzun müddət fəaliyyət göstərməsi üçün perspektivlər olduğunu vurğulayıb. Mərasimdə digər rəsmi şəxslər də çıxış ediblər.
Tədbir çərçivəsində SOCAR-ın prezidenti Rövnəq Abdullayev Malta rəsmiləri ilə bir sıra görüşlər keçirib.
"SOCAR Trading" şirkəti "ElectroGas Malta" konsorsiumunun həmtəsisçisi kimi, 2013-cü ildə elektrik enerjisi istehsalı üçün adanın qazlaşdırılması üzrə Malta hökumətinin keçirdiyi tenderin qalibi olub. "SOCAR Trading", "Siemens" və yerli “GEM” investisiya şirkətləri ilə tərəfdaşlıq şəraitində dəyəri 500 milyon avrodan çox olan və 210 meqavat gücə malik yeni elektrik stansiyasının, eləcə də adada LNG-nin yenidən qazlaşdırılması üzrə terminalın tikintisi üzrə layihəni koordinasiya edib. İnşaat işlərinə 2014-cü ilin dekabr ayında başlanılıb, cari ilin yanvarında LNG-nin ilk partiyası tədarük olunub. Layihənin eksklüziv LNG təchizatçısı "SOCAR Trading" şirkətidir. "ElectroGas Malta" şirkətinin qarşıdakı 18 il müddətində "Enemalta" dövlət enerji şirkətini elektrik enerjisi və təbii qazla təchiz edəcəyi nəzərdə tutulur.

Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar