Xəbər lenti
 
SOCAR-ın Türkiyədəki ən iri aktivlərindən biri olan "Petkim Petrokimya Holding A.Ş." ("Petkim") şirkətinin 2016-cı ildə əldə etdiyi mənfəət üzrə dividendlərin ödənilməsi tarixi məlum olub.
 
APA-Economics” şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bu ilin martın 29-da “Petkim”in İdarə Heyətinin iclasında qəbul edilmiş qərara görə bu ilin aprelin 14-dən dividendlərin ödənilməsinə başlanacaq.
 
Qeyd edək ki, Petkim ötən il əldə etdiyi mənfəətə görə səhmdarlarına 600 mln. lirə və 282 mln. 480 min manatlıq dividend ödəyəcək.  
 
Xatırladaq ki, 2008-ci ildə SOCAR Türkiyə hökuməti tərəfindən özəlləşdirilən və qardaş ölkənin yeganə neft-kimya istehsalçısı olan "Petkim"də nəzarət-səhm paketinə malik olmaq üçün "SOCAR Türkiyə Enerji A.Ş." vasitəsilə strateji investisiya yatırıb. Bu alış ilə SOCAR daha sonra müxtəlif müəssisələrə kapital qoyuluşu həyata keçirib və emal fəaliyyətinin əhatə dairəsini və miqyasını artırıb. 2010-cu ildə "SOCAR Türkiyə Enerji A.Ş." "Petkim" obyektlərinə yaxın ərazidə yeni emal zavodunun tikintisi üçün Türkiyə hökumətindən icazə alıb və tikintisi üçün hazırlıq işləri 2011-ci ilin oktyabrında başlayıb. 2018-ci ildə zavodun fəaliyyətə başlaması gözlənilir. Hesablamalara uyğun olaraq, bu zavod "Petkim"in gəlirliliyini və bazar payını artıraraq onun üçün xammal xərclərini azaldacaq.



Ana səhifəyə qayıt        Baxış: 1 373          Tarix: 30-03-2017, 09:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma