Xəbər lenti

 

Bədrəddin Quliyev: “Onlar Qarabağda vuruşmağa hazır olduqlarını bildirdilər”

Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev İraqın regional inkişaf üzrə naziri Turxan Müftüoğlu ilə əlaqə saxlayaraq onu Kərkükün azad edilməsi münasibəti ilə təbrik edib. Bu barədə Moderator.az-ı partiya sədrinin özü məlumatlandırıb. B.Quliyevin sözlərinə görə, o, T.Müftüoğluna Azərbaycan xalqının salamını çatdırıb:

“Mən bu gün T.Müftüoğlu ilə danışdım və Kərkük əməliyyatı ilə bağlı onları təbrik etdim. Bütün türkmən xalqına Azərbaycan adından salam göndərdim. Bildirdim ki, sizin qələbəniz həm də bizim qələbəmizdir.

Turxan bəy də Azərbaycan xalqına salam göndərdi. Bildirdi ki, inşallah bu əraziləri azad edəndən sonra Qarabağa gəlib bu ərazilərdə döyüşəcəyik. O, bütün azərbaycanlılara salam çatdırdı.Turxan bəy illər uzunudur ki, türkmənlərlə bağlı məsələni diqqətdə saxladğımız üçün də bizə öz minnətdarlığını bidlirdi.

 

Daha sonra türkmən ordusunun komandiri Əziz komutanla danışdım. Əsgərlərə salamlarımı çatdırdım. Onlar bidlirdilər ki, biz oğuz türkünün torpağını heç kimə verməyəcəyik. Inşallah buraları gavurlardan təmziləyəndən sonra, hamımızın hədəfi Qarabağdır. Onlar söylədilər ki, inşallah oğuz türklərinin oğuz torpaqlarını necə müdafiə etdiyinə şahid olacaqsınız”.

 

Seymur Əliyev




Ana səhifəyə qayıt        Baxış: 1 056          Tarix: 17-10-2017, 09:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma