Xəbər lenti

 

Şimali İraqda şiddətli zəlzələ meydana gəlib.

Ovqat.com xəbər verir ki, zəlzələnin episentri Süleymaniyə rayonuna aid Hələbçə şəhərinin 32 km-liyinə düşüb.

ABŞ Geoloji Araşdırmalar Təşkilatının hesablamasına görə, zəlzələnin gücü 7.2 bal olub.

İtki və dağıntılar barədə heç bir məlumat verilmir.

"Report"un məlumatına görə, zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan və cənub rayonlarında hiss olunub.
Yeraltı təkanlar yerin 19 km. dərinliyində qeydə alınıb.

İran seysmoloqları zəlzələnin mərkəzinin İranın Kirmansah əyalətinə bağlı Əzgəl qəsəbəsinə düşdüyü və şiddətinin 7.6 bal gücündə olduğunu bildiriblər.

***

 

8.42

Zəlzələnin vurduğu zərər səhər açılınca ortaya çıxdı.

İlkin məlumatlara görə, İraqda ən azı 7, İranda isə 129 nəfər həyatını itirib, 50-dən çox yaralı var. İtkilərin artacağı istisna edilmir. Minlərlə bina yararsız hala düşüb.

***

10.02

Kirmanşah şəhərinin Səhiyyə idarəsinin məlumatına görə, dağıntılar altından 207 nəfərin meyiti çıxarılıb.
Eyni zamanda, 1600-dən çox adamın xəsarət aldığı bildirilir. (Report.az)




Ana səhifəyə qayıt        Baxış: 745          Tarix: 13-11-2017, 00:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma