Xəbər lenti

 

Şimali Koreya bu gün orta şiddətli zəlzələylə silkələnib.

Ovqat.com-un bildirdiyinə görə, yerli vaxtla saat 12.29-da baş verən və episentri Hamyond rayonunun Kilju şəhərinə düşən zəlzələnin gücü barədə müxtəlif iddialar irəli sürülüb. Cənubi Koreya meteoroloqları və Baş qərargahının verdiyi məlumata görə, zəlzələ 5.6 bal gücündə olub. ABŞ-ın Geologiya İnstitutu isə daha böyük rəqəm göstərib-6.3.

Kifayət qədər güclü sayılan zəlzələnin səbəbi isə özündən daha qorxulu olub. Episentrin daha əvvəl bir çox nüvə sınaqlarının keçirildiyi əraziyə düşməsi bir çox mütəxəssislərdə növbəti sınaq şübhəsi yaradıb. Şimali Koreya da bunu danmayıb. Rəsmi Pxenyanın etirafına görə, özünün indiyə qədər 6-cı və ən güclü nüvə sınağını keçirib. Və bu, hidrogen bombası olub.

Seul Milli Universitetinin mütəxəssisi Kune Y. Suh sınanan silahın xeyli qorxulu və əvvəlki bombalardan 10 və ya 20 qat daha güclü olduğunu bildirib. Mütəxəssisin fikrincə, bütün bu xüsusiyyətlər sınaqdan çıxarılan nəsnənin, həqiqətən də, hidrogen bombası olduğunu göstərir.

ABŞ rəsmiləri də zəlzələnin səbəbinı araşdırdıqlarını və təlatümün ancaq yeni nüvə sınağından doğa biləcəyini etiraf ediblər.

Hidrogen bombasının yaradacağı təhlükədən bəhs edən video:




Ana səhifəyə qayıt        Baxış: 2 983          Tarix: 3-09-2017, 11:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma