Xəbər lenti

 

“Türkiyə Afrinə hücum edərsə, bunu Rusiyanın hücumu kimi qəbul edəcəyik”.

Ovqat.com xəbər verir ki, bu sözləri PKK liderlərindən olan Murad Qarayılan PKK mediasına verdiyi açıqlamasında deyib.

O, Putinin bu “tələyə düşməyəcəyinə” ümid etdiyini və Rusiya hakimiyyətindən gözlətilərinin bu yöndə olduğunu da gizlətməyərək deyib: “Lütfən, Türkiyəni bizdən uzaq tutun!”

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin Suriyadakı Arfin bölgəsinə hücuma hazırlaşdığı barədə məlumatlar yayılmışdı. Daha sonra Türk ordusu Afrin istiqamətində bütün strateji yüksəklikləri ələ keçirsə də, hələ də gözlənilən əməliyyat başlanmayıb.




Ana səhifəyə qayıt        Baxış: 1 072          Tarix: 21-11-2017, 13:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma