“Trampın “Suriyada İŞİD-ə qələbə çaldıq” sözləri ABŞ mətbuatını belə, inandıracaq gücdə deyil. ABŞ mətbuatı Suriyada qazananın Rusiya olduğunu yazır. Dünən Suriyada səfərdə olan Tramp deyil, Putin idi".
Ovqat.com xəbər verir ki, bu sözləri Rusiya Parlamenti Federasiya Şurasının üzvü Aleksey Puşkov “Twitter” hesabında yazıb.
İŞİD üzərində qələbəsini elan edən ABŞ prezidenti Trampın sözlərini cavablandıran Puşkov ona bəzi məsləhətlər verməyi də unutmayıb: "Başqalarının zəfərlərini özünüzün adına çıxmağı buraxın. Hitler üzərində əldə edilən qələbədə də Sovet İttifaqı böyük rol oynadı. ABŞ isə ikinci cəbhəni açmaq üçün üç il gözlədi".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə müdafiə büdcəsini təsdiqləyən mərasimdə bunları demişdi: "Biz Suriyada, İraqda İŞİD üzərində qələbə çaldıq. İŞİD digər bölgələrə dağıldı, amma biz onları təqib edirik".
Paylaş: