Xəbər lenti

İraq hökuməti İŞİD terror təşkilatının ölkə ərazisinin əhəmiyyətli hissəsinə yaxın zamanlara qədərki nəzarəti zamanı ölkəyə vurduğu zərərin miqdarını 47 milyard dollar qiymətləndirib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin planlaşdırma naziri Salah Əl-Cumayli bildirib.

O, qeyd edib ki, rəsmi Bağdad artıq İraqın bərpası planını hazırlayıb. Plan 10 il müddətinə hesablanıb.

Bu halda, Əl-Cumaylinin sözlərinə görə, 47 milyard dollar ziyan döyüşçülər tərəfindən ölkənin özəl sektoruna vurulmuş zərərə daxil edilməyib.




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 19-12-2017, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma