Xəbər lenti

  

2006-ci ildən Azərbaycanda çıxan "Исторические Личности" jurnalının redaksiyası 2017-ci ildə RF prezidenti Vladimir Putini "İlin adamı" elan edib.

Ovqat.com xəbər verir ki, məlumatı interfax.az saytı yayıb.

Xəbəri jurnalın baş redaktoru Xəlil Qəhrəmanov da təsdiqləyib. Baş redaktor İnterfax.az-a açıqlamasında vurğulayıb ki, jurnal Vladimir Putinin dünya siyasətində rolunu və Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini yüksək qiymətləndirərək, bu qərarı verib.

Qeyd edək ki, jurnal 2016-ci ildə eyni mükafata Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan layiq görmüşdü.

Jurnalın Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovun himayəsilə dərc edildiyi barədə söyləntilər var. Bu söyləntilər doğrudursa, mükafatlandırmada Azərbaycan hakimiyyətinin Rusiya ilə əlaqələrini möhkəmləndirmək niyyətinın də mühüm rol oynadığı güman olunur.




Ana səhifəyə qayıt        Baxış: 1 047          Tarix: 23-01-2018, 14:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma