Xəbər lenti

  

Peyğəmbərimizin  sevimli səhabəsi olan Əbu Zərr əl-Ğifari (رضي اللّه عنه) rəvayət edir ki, Rasulullahdan nəsihət istədim, mənə dedi:

-Sənə Allahdan qorxmağı tövsiyyə edirəm, bil ki, bu bütün işlərin başıdır.

  Dedim, əlavə et ya Rasulallah. Dedi:

-Sənə,  Quranı çox oxumağı və Allahı çox yada salıb zikr etməyi nəsihət edirəm. Bu sənin üçün yerdə nur,  səmada isə adının xatırlanmasındır.

  Dedim, əlavə et ya Rasulallah. Dedi:

 -Çox gülməkdən çəkin! Həqiqətən bu qəlbi öldürür və üzün nurunu söndürüb aparır.

Dedim, əlavə et ya Rasulallah. Dedi:

  -Xeyir işləri əmr etməyin istisna olmaqla çalış daim sus. Bu xüsusiyyət həm şeytanı səndən qaçıracaq həm də dininin hər bir işində sənə kömək olacaq.

Dedim, əlavə et ya Rasulallah. Dedi:

 -Allah yolunda cihad et,  bu, ümmətimin zahidliyidir."

  Dedim, əlavə et ya Rasulallah. Dedi:

 -Kasıbları sev, onlarla otur-dur.

  Dedim, əlavə et ya Rasulallah. Dedi:

  -Özündən aşağı səviyyədə yaşayanlara bax, özündən yuxarı səviyyədə yaşayanlara baxma ki, bu Allahın sənə verdiyi nemətləri daha çox qiymətləndirməyinə yardım edər.

Dedim, əlavə et ya Rasulallah. Dedi:

-Allahın yolunda səni qınayanların qınağından əsla qorxma!

   Dedim, əlavə et ya Rasulallah. Dedi:

  -Acı da olsa haqqı de!

   Dedim, əlavə et ya Rasulallah. Dedi:

-Kimsəyə yaraşmaz ki, özündə olan bir nöqsana görə başqasını qınasın və o adama ayıb olsun ki, öz gözündə tiri görmür,  başqasının gözündə çöp axtarır. Ey Əbu Zərr, tədbirli olmaq kimi ağıl, gözütox olub haramdan əl çəkmək kimi dindarlıq yoxdur. Savad olaraq isə əxlaqlı olmaq sənə kifayətdir !"

 ("Səhih ibn Hibban")




Ana səhifəyə qayıt        Baxış: 1 633          Tarix: 26-01-2018, 12:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma