Xəbər lenti

 

Azərbaycan polisinin işi bu gün də ağır olub.

Oqvat.com DİN-nə istinadən xəbər verir ki, əsasən dələduzluğa və narkotikə qarşı mübarizə ilə seçiliblər.

Nazirliyin Mətbuat Xidmətinin məlumatına görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Baş Göynük kənd sakini G.Əlifova ötən ilin yanvar ayında Elçin adlı şəxsin onu aldadaraq 2230 manatını aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bakı şəhər sakini Elçin Dadaşov olması müəyyən edilib. Görülmüş tədbirlərlə o, dələduzluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 2017-ci il ərzində Şəki rayon sakini olan 25 nəfəri də aldadaraq dələduzluq yolu ilə onlardan ümumilikdə 4420 manat alması müəyyən edilib.

Şəki ŞRPŞ-də araşdırma aparılır.

 

NARKOTİK VƏ SİLAH AŞKAR EDİLİB GÖTÜRÜLDÜ

 

Neftçala Rayon Polis Şöbəsi isə narkotiklə mübarizəylə iş gününə başlayıb.

Polis şöbəsinin əməkdaşlarının əldə edilmiş əməliyyat məlumat əsasında keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Həsənabad qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rəşad Abdullayev olduğu məlum olub. Baxış zamanı onun üzərindən 55 qram marixuana aşkar edilib.

Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Oradan əlavə olaraq 1 kiloqram 445 qram marixuana və müvafiq sənədləri olmayan “TOZ-8” markakı tüfəng də aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 979          Tarix: 9-02-2018, 12:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma