Xəbər lenti

 

Naxçıvanda təcili tibbi yardın maşınları istehsal olunacaq.

Qafqazinfo xəbər verir ki, bu haqda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov göstəriş verib. Ötən gün sahibkarlarla görüş keçirən V. Talıbov yerli məhsulların istehsal prosesinin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi, Naxçıvan məhsullarının xarici bazarlara çıxışı imkanlarının və ixrac potensialının artırılması, məhsulların qablaşdırılmasına və tara istehsalı sahələrinin yaradılmasına diqqət yetirilməsi, sahibkarlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi haqda tövssiyələrini verib. Həmçinin, Naxçıvan Avtomobil Zavodunun istehsalı olan "NAZLifan-5028" modelinin əsasında təcili tibbi yardım avtomobillərinin yığılması barədə tapşırıq verib.




Ana səhifəyə qayıt        Baxış: 817          Tarix: 10-02-2018, 18:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma