Xəbər lenti

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 105 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılıb.

DİN Mətbuat Xidmətindən Ovqat.com-a verilən məlumatda belə deyilir.

Ximətin 2018-ci il fevral ayının 26-dən 27-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatına görə, əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən gün ərzində 12-nin açılması təmin olunub.  

Bundan əlavə;

        - Axtarışda olan17 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

        - Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 9 nəfər xəsarət alıb. 

        - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

        - Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 932          Tarix: 27-02-2018, 09:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma