Respublikanın daxili işlər orqanları tərəfindən son iki gün ərzində 243 cinayət faktı qeydə alınmış, onların da 41-i “isti izlər”lə açılmışdır.
Ovqat.com-a DİN-nin Mətbuat Xidmətindən verilən məlumatda belə deyilir.
Xidmətin 2018-ci il fevral ayının 24-dən 26-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatına görə, həftəsonunda əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərdən 15-i açılıb.
“-Axtarışda olan 33 nəfər saxlanılaraq, aidiyyatı üzrə təhvil verilib.
-Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
-Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
-Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb.
Paylaş: