Xəbər lenti

 

Separatçı Bako Saakyanın Amerikada olduğu vaxtda səfirliyimiz qarşısında aksiyanın keçirilməsi milli maraqlarımıza xəyanətdir.

Bu sözləri diaspor üzrə araşdırmaçı-jurnalist Elnur Eltürk Ovqat.com-a açıqlamasında bildirib.

O, bundan təəssüfləndiyini bildirərək deyib:

"Amerikadakı səfirliyimiz qarşısında aksiya milli maraqlarımıza zərbədən başqa bir şey deyil. Bunu ermənilər etməzdi. Erməni lobbisi kritik zamanlarda ümummilli maraqlar ətrafında birləşib mövqe ortaya qoyurlar. Müxalifətçiliyi də mərd, kişi kimi aparmaq lazımdır. Yaxşı olardı ki,hamılıqla erməni səfirliyi qarşısında izdihamlı aksiya keçirilərdi. Ya da aksiyanın konqresin önündə təşkil olunması məqsədəuyğun olardı".




Ana səhifəyə qayıt        Baxış: 1 363          Tarix: 15-03-2018, 00:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma