Xəbər lenti

Qərbi Ukrayna da qarışır... Saakaşvili deyir ki, Zakarpatyedə rəsmi Kiyevin hakimiyyəti hiss olunmur...
Cümə günü Macarıstanın paytaxtı Budapeştdə  Ukrayna dövləti əleyhinə separatçı tədbir keçirilib. 
Moderator.az -ın rus versiyası xəbər verir ki, bu haqda “Facebook” səhifəsində Ukraynanın Macarıstandakı səfiri Lyubov Nepop yazıb.  Belə ki, Ukrayna səfirliyi önündə “Zakarpatye üçün öz müqəddəratını təyin etmə”  adı altında etiraz aksiyası  təşkil olunub. Etirazçılar rəsmi Kiyevdən polyak, bolqar, rumın, erməni və rus milli icmalarına azadlıq tələb edib. Bundan əlavə, nümayişçilər bəyan edib ki, Zakarpatye qanunla Macarıstana məxsusdur. Onlar “Ukraynanı və onunla bərabər macar qardaşları da əsir götürmüş Kiyevdəki hazırkı qiyamçıların özbaşınalığına” da etiraz ediblər.   
Səfir qeyd edib ki, Ukrayna XİN öncədən aksiyanın keçirilməsinə etiraz etsə də, Macarıstan hökuməti bunu qulaqardına vuraraq bildirib ki,  ölkədə dinc mitinqlər və etiraz  ifadəsinə azadlıq verilib. Ukrayna səfirinin sözlərinə görə, aksiyada Kataloniya muxtariyyətinin rəsmi bayrağı da qaldırılıb...
Moderator.az -ın digər mənbələrdən əldə etdiyi məlumatda isə deyilir ki,  Radanın “P.Poroşenko bloku”ndan olan Ukrayna deputatı  Mustafa Nayem “Facebook” da sözügedən aksiyaya kəskin etirazını bildirərək bunu “Macarıstanın Ukraynaya arxadan zərbəsi” adlandırıb. “Gerçəkdən bu aksiyanın iştirakçıları rusdilli əhalinin müdafiəsi xatirinə kiçik bir ərazi ilhaq da edilə bilər” düşüncəsinə malik orta statistik  Rusiya vətəndaşından heç nə ilə fərqlənmir”-deyə Rada üzvü vurğulayıb. 
Moderator.az -ın rus versiyasının xəbər verdiyi kimi, bu arada Gürcüstanın eks-prezidenti və “Yeni Qüvvələr Hərəkatı”nın lideri Mixail Saakaşvili  “NewsOne” kanalına müsahibəsində bəyan edib ki, neçə illərdir, Zakarpatye vilayətində  Ukrayna hakimiyyəti hiss olunmur. “Orada macar bayraqları, macar təhsili,  özəl binesin macar maliyyələşməsi” olduğunu vurğulayan Saakaşvili bütün bunların günahının Macarıstan hökumətində deyil,  Ukrayna  dövlətinin anormal daxili siyasətində olduğunu bildirib.



Ana səhifəyə qayıt        Baxış: 912          Tarix: 14-10-2017, 14:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma