
Rusiya 60 ABŞ diplomatını ölkədən çıxarır, onlara aprelin 5-dək ölkə ərazisini tərk etmələrinə vaxt qoyulub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-in məlumatında bildirilir.
Ölkədən çıxarılan diplomatlardan 58-nin ABŞ-ın Moskvadakı səfirliyinin əməkdaşı, 2 nəfərin isə Yekaterinburqdakı baş konsulluğunun işçisi olduğunu bildirilir.
Bundan əvvəl bildirilmişdi ki, Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu bağlayır.
***
Rusiya ABŞ-ın “Skripal işi” ilə əlaqədar atdığı addımlara cavab olaraq, bu ölkənin Sankt Peterburqdakı baş konsulluğunu bağlayır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə XİN rəhbəri Sergey Lavrov bildirib.
“Bu dəqiqələrdə müavinim Sergey Ryabkov XİN-ə çağırılan ABŞ səfiri Hantsmana ölkəsi ilə bağlı görüləcək tədbirlərin məzmununu izah edir. Tədbirlər analoji sayda diplomatların ölkədən çıxarılmasını və ABŞ-ın Sankt Peterburqdakı baş konsulluğunun fəaliyyətinin dayandırılmasını nəzərdə tutur”, - deyə nazir qeyd edib.
Paylaş: