Xəbər lenti

  

“İran dünən gecə Suriyadan İsrailə raket hücumu edib, ancaq heç bir raket İsrail torpaqlarına düşməyib”.

Ovqat.com xəbər verir ki, bunu İsrail Baş naziri Binyamin Netanyahu öz Facebook statusunda bildirib.

 İranın bu hücumla “qırmızı xətti keçdiyini” qeyd edən Netanyahu İsrailin isə adekvat cavab verdiyini vurğulayıb: “İsrail ordusu Suriyadakı İran qüvvələrinə aid hədəflərə qarşı geniş miqyaslı hava hücumu təşkil etdi".

 Açıqlamasında hücumdan sonra Bəşər Əsəd rejiminə xəbərdarlıq etdiyini yazan Netanyahuya görə, hədəfləri Suriya yox, Suriyadakı İran hərbi birləşmələridir: “Ancaq əgər Suriya ordusu bizə qarşı hər hansı hərəkətə keçsə, biz də ona cavab verəcəyik. Necə ki, dünən də belə oldu və bizə atəş açan Suriya ordusuna aid havadan müdafiə sistemlərini vurduq".

 İran İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvəsinin dünən gecə Suriyadan İsrail işğalı altında olan Golan təpələrindəki bazalarına doğru 20 qədər raket atdığını irəli sürən Tel-əviv bir çox nöqtəni döyüş təyyarələri ilə vurmuşdu.

İran isə bu ittihamları rədd edir. Ölkə parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının Üzvü Məhəmməd Cavad Camal Suriyadan İsrailə edilən raket hücumunun İrana dəxli olmadığını vurğulamışdı.

Eyni məsələ İran Prezidenti Həsən Ruhaninin də Almaniya Baş naziri Angela Merkellə dünənki danışıqlarının əsas mövzusu olub.  İran Prezident  Administrasiyasının yaydığı məlumata görə, Ruhani həmsöhbətinə İsrailin Suriyadakı hücumlarından bəhs etmədən "Bölgədə heç bir yeni gərginliklər istəmirik" mesajını verib.

 ABŞ Prezidenti Donald Trumpın nüvə müqavilədən ölkəsini çəkməsini beynəlxalq hüquqa zidd adlandıran Ruhani Merkelə bunun beynəlxalq arenada arzuolunmaz nəticələri və zərərlərinin olacağını deyib.

 Ruhani  Merkellə telefon söhbətində “Avropa ölkələrindən ABŞ-ın nüvə müqavilədən çıxmasının ardından İranın müqavilə şərtlərinə necə təminat verəcəyini ən qısa zamanda qəti və dəqiq bir şəkildə açıqlamalarını” istəyib.




Ana səhifəyə qayıt        Baxış: 933          Tarix: 11-05-2018, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma