Xəbər lenti

“İsrail siyasətini üç cümlə ilə açıqlayım: hücuma qarşı hücum, müdafiə və ölkəmizi yox etməyə çalışan hər kəsə hücum!”.

Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu İkinci Dünya müharibəsi zamanı həlak olan yəhudilərin anım mərasimində deyib. O, çıxışı zamanı İran haqda da sərt fikirlər səsləndirib: “İran rəsmilərinə bir mesajım var: İsrailin ciddiyyətini yoxlamağa cəhd etməyin”.

Qeyd edək ki, İsrail Hərbi-Hava Qüvvələri Suriyaya zərbə endirib. İran İsrailin bu addımına cavab veriləcəyini açıqlayıb/Axar.az.

 




Ana səhifəyə qayıt        Baxış: 894          Tarix: 12-04-2018, 16:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma