Xəbər lenti

 

Qərbin sanksiyaları səbəbindən çətin durumda olan Rusiya indi də müəmmalı təyyarə qəzaları ilə əlaqədar məhkəməyə verilə bilər. Söhbət 2010-cu ildə Polşa prezidenti Lex Kaçinskinin də olduğu təyyarənin şübhəli səbəblərdən qəzaya uğramasından və üstündən dörd il keçəndən sonra Malayziyanın “Boeing” təyyarəsinin vurulmasından gedir. 

Artıq Avstraliya və Niderland 2014-cü ildə Malayziyanın “Boeing” təyyarəsinə hücuma görə Rusiyanın məsuliyyət daşıdığını rəsmən elan edib. Niderlandın xarici işlər naziri Ştef Blok hər iki tərəfin mövqeyinin Niderland hökumətinin bəyanatında əks olunduğunu deyib. “Niderland və Avstraliya qəzanın təhqiqatı üzrə beynəlxalq qrupun nəticələrinə əsaslanaraq MH17-nin vurulduğu ”Buk" zenit-raket kompleksinin həmin ərazidə yerləşdirilməsinə görə Rusiyanın məsuliyyət daşıdığına əmindir", - deyə o bildirib.

BBC telekanalı xəbər yayıb ki, Niderland hökuməti Rusiyanı rəsmən məsuliyyətə cəlb etməyə hazırlaşır. Niderland və Avstraliyanın mövqeyi həm Moskvadakı Rusiya rəhbərliyinə, həm də RF-in Kanberra və Haaqadakı səfirlərinə təqdim edilib.

Mayın 24-də beynəlxalq tədqiqatçılar qrupu dörd il əvvəl Donetsk vilayətində mülki “Boeing” təyyarəsinə tərəf buraxılan raketin Kursdakı hərbi bazadan gətirildiyini bildirib.

Xatırladaq ki, Amsterdam (Niderland) - Kuala-Lumpur (Malayziya) MN17 reysini həyata keçirən “Malaysia Airlines” aviakompaniyasına aid “Boeing-777" təyyarəsi 2014-cü il iyulun 17-də Donetsk vilayətinin səmasında vurulmuşdu. İnsident nəticəsində təyyarənin göyərtəsindəki 298 nəfərin hamısı həlak olmuşdu.

Digər məlumata görə, Ukrayna səmasında sərnişin təyyarəsini vuranlar izi itirmək üçün raket qurğusunu ölkə ərazisindən çıxarıblar. Bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko deyib. O bildirib ki, separatçılar zenit-raket qurğusu olan “Buk”u Rusiyaya keçiriblər. Təyyarənin “qara qutu”su isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verilib.

Polşa prezidenti Lex Kaçinskinin içərisində olduğu təyyarə isə Rusiyanın qərbində qəzaya uğramışdı və 100-ə yaxın sərnişin həlak olmuşdu. «Tupolev» 154 təyyarəsi Varşavadan Rusiyanın Belarusla sərhəd Smolensk şəhərinə uçarkən qəzaya uğramışdı. Prezident Kaçinskinin Polşa nümayəndə heyəti ilə birgə Rusiyaya səfərinin məqsədi Xatın qətliamının 70 illiyinə həsr edilmiş mərasimdə iştirak etmək olub.

Elxan ÅahinoÄlu ile ilgili görsel sonucu

 “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Rusiya beynəlxalq aləmdə bildiyini edir və bu zaman heç bir dövlətlə hesablaşmır: “2008-ci ildə Gürcüstanı rəsmən parçaladılar, 6 il sonra keçdilər Ukraynaya, Krımı ilhaq etdilər, Donbasda separatçı ocaq yaratdılar. Bu arada, Ukrayna səması üzərində sərnişin təyyarəsinin vurulması və münaqişəyə aidiyyəti olmayan yüzlərlə insanın ölümündən də Rusiya haqlı olaraq şübhəli bilinir. Rusiya rəsmiləri və diplomatları nə qədər də bu faktı inkar etməyə çalışsalar da, sərnişin təyyarəsi məhz separatçıların nəzarəti altında olan ərazidə vurulub”.

E.Şahinoğlu qeyd etdi ki, Polşanın keçmiş prezidentinin vəfatında da “rus izi” axtarılır: “Polşa prezidentinin təyyarəsi də Rusiya səmasında qəzaya uğradı. Əlbəttə, bu hadisədə terror izi axtarmağın tərəfdarı deyiləm. Ancaq təyyarənin Rusiya səmasında qəzaya uğraması, üstəlik, Polşa ilə Rusiya arasında soyuq münasibətlər də müəyyən şübhələrə yol açıb”. E.Şahinoğlu hesab edir ki, Rusiya beynəlxalq məhkəməyə verilə bilər: “Çünki qarşı tərəf əlində dəlillərin olduğunu bəyan edir”.

Politoloq hesab edir ki, Rusiya ilə beynəlxalq birlik arasında yaşanan gərginliyin Azərbaycana dəxli yoxdur:“Azərbaycanın bütün qütblərlə münasibətləri normaldır. Məsələn, Polşa Azərbaycanın Avropadakı ən yaxın tərəfdaşlarındandır. Və ya Ukrayna ilə tərəfdaşlığımız hər keçən gün artır. Başqa sözlə, Azərbaycanın Polşa və Ukrayna ilə münasibətlərinin Rusiya ilə münasibətlərinə aidiyyəti yoxdur”.

Politoloq HikmÉt HacızadÉ ile ilgili görsel sonucu

Politoloq Hikmət Hacızadə də proseslərin məhkəməyə aparacağı qənaətindədir: “Rusiyanı məhkəməyə verəcəklər və təzminat tələb edəcəklər. Həmçinin rəsmi istintaqin aparılması  tələbini irəli sürüb, günahkarların cəzalandırılmasını istəyəcəklər”.

Cavid TURAN,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 975          Tarix: 7-06-2018, 10:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma