2010-cu ildə Rusiyanın Smolensk şəhəri yaxınlığında baş verən aviaqəza nəticəsində ölən Polşa prezidenti Lex Kaçinskinin təyyarəsinin qalıqları və cəsədlərdən birinin üzərindən partladıcı maddə izləri aşkarlanıb.
APA-nın “Wiadomosci”yə istinadən verdiyi xəbərə görə, bu barədə təyyarə qəzası üzrə Polşanın istintaq komissiyasının nümayəndələri bildirib.
“Xüsusi avadanlıqlarla müayinə edilmiş “Ту-154М” təyyarəsinin qalıqlarının xeyli hissəsinin və ən azı bir cəsədin üzərində partladıcı maddə aşkarlanıb”, – deyə komissiyanın hazırladığı hesabatda bildirilir.
Komissiya üzvləri qəza yerindən götürülən torpaq nümunələrində partladıcı maddələrin aşkarlanmadığını bildiriblər.
Xatırladaq ki, “Tu-154” təyyarəsi 2010-cu ildə Smolensk hava limanına enişə başlayarkən qəzaya uğrayıb. Nəticədə 88-i sərnişin və 8-i heyət üzvü olmaqla, 96 nəfər ölüb.
Paylaş: