Xəbər lenti

  

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda qaz kondensatı daxil olmaqla 35 467,2 min ton xam neft hasil edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 35,420 mln. tonu əmtəəlik xam neftin payına düşüb.

Bu ilin 11 ayında neft hasilatı ötən ilin müvafiq dövründən 0,2% çoxdur.

2018-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda 27,746 mlrd. kubmetr təbii qaz istehsal edilib ki, bu da ötən ilin müvafiq dövründən 6,5% çoxdur.

Hesabat dövründə qaz hasilatının 17,417 mlrd. kubmetri əmtəəlik təbii qazın payına düşüb ki, bu göstərici ötən ilin müvafiq dövründən 4,9% artıqdır.

Dizel istehsalı isə 2% artıb

 Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 825,4 mln. manat olmaqla əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 2% artıb.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin 11 ayında ölkədə avtomobil benzininin istehsalı 2,7% azalaraq 1 068,5min ton olub.

Bu müddət ərzində dizel yanacağının istehsalı 2,1% artaraq 1 755,2 min ton təşkil edib.

Bu ilin yanvar-noyabr aylarında sürtkü yağlarının istehsalı 4,5 dəfə artaraq 150,6 min ton, neft bitumunun istehsalı 30,7% artaraq 272,8 min olub. Neft koksunun istehsalı 13% artaraq 223,1min ton olub.

Bu ilin yanvar-noyabr aylarında yanacaq mazutunun istehsalı 60,7% azlaraq 92,7 min ton təşkil edib.

Bu ilin 11 ayında neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 8,2% artaraq 179,4 min tona çatıb. Ağ neftin istehsalı isə 2,8% artaraq 554,1 min ton təşkil edib. 




Ana səhifəyə qayıt        Baxış: 493          Tarix: 17-12-2018, 19:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma