Xəbər lenti

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan 24 723 729 ton həcmində xam neft ixrac edib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə xam neftin dəyəri 9,637 mlrd. ABŞ dolları təşkil edib.

Hesabat dövründə neftin Azərbaycanın ümumi ixracında payı 77,09% təşkil edib.

Bu ilin 11 ayında ixrac olunan xam neftin miqdarı ötən ilin müvafiq dövründən 29%, dəyəri isə 63% çox olub.




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 13-12-2017, 12:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma