İran Prezidenti Həsən Ruhani ilə Rusiya Prezidenti Vladimir Putinlə İrəvanda görüş keçirilib.
Ovqat.com xəbər verir ki, görüşdə əsasən regional təhlükəsizlik məsələləri müzakirə olunub.
İran Prezidenti Ruhani İranın 2015-ci ildə bir sıra Qərb ölkələri ilə bağladığı nüvə sazişinin uğurlu olması üçün onu imzalayan bütün tərəflərin və ölkələrin öhdəliklərini tamamilə yerinə yetirmələrinin şərt olduğunu deyib. O, həmçinin, Fars körfəzi, Oman dənizi və Hörmüz boğazında davamlı sülhün və təhlükəsizliyin ancaq regional ölkələrinin iştirakı ilə təmin edilə biləcəyini vurğulayıb.
Rusiya Prezidenti Putin də nüvə sazişi dəstəkləyərək, Moskvanın müqaviləni həyata keçirilməsi üçün əlindən gələni etdiyini vurğulayıb.
Putin İranın Avrasiya İttifaqı ilə iqtisadi münasibətlərə başlamasını məmnuniyyətlə qarşılayaraq, bunun regional əməkdaşlıq üçün zəmin olacağını bildirib.
Görüşdə prezidentlər Hörmüz Sülh Planını da müzakirə ediblər.
Ovqat.com
Paylaş: